Xarkov vilayətinin Balakleya şəhəri işğaldan azad olunub.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, şəhər artıq Rusiya işğalçılarından təmizlənib. Bildirilib ki, növbəti hədəf mühüm dəmir yolu qovşağı Kupyansk və rus ordu qruplaşmasının bölgədəki əsas platsdarmı olan İzyum şəhəridir.
Qeyd edək ki, bir neçə gündür davam edən hərbi əməliyyatda çox sayda rus hərbçisi təslim olub.