Ağdamın “Qarabağ” klubu bu gün UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirəcək.
Yeniavaz.com xəbər verir ki, Ağdam təmsilçisi səfərdə Almaniyanın “Frayburq” komandasının qonağı olacaq.
“Europa-Park” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
“Qarabağ”ın heyətində zədəli Kevin Medina, meydan sahiblərində isə Roland Şallai eyni səbəbdən görüşü buraxacaq.