Əvəz Zeynallının səs yazısı yayıldı - Rasim Məmmədovun ailəsindən 20 min alıb?


“Xural” TV-nin rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallının həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat pul alması barədə iddialar irəli sürülüb. 

Yeniavaz.com xəbər verir ki, bu barədə haqqin.az məlumat yayıb. 

Bildirilir ki, vaxtilə Ə.Zeynallı dəfələrlə Rasim Məmmədovun fəaliyyətini tənqid edib, şantaj və hədə-qorxu ilə iş adamından pul almağa çalışıb. Bununla bağlı səs yazısı yayılıb. 

Ə.Zeynallının R.Məmmədovun yaxınlarından onu tənqid etməyi dayandıracağı müqabilində pul aldığı bildirilir. Lakin Ə.Zeynallı üzərinə düşdüyü öhdəliyi pozduğu üçün R.Məmmədovun ailəsinin pulu geri tələb etdiyi qeyd olunur. 

Rasim Məmmədovun vəkili Elçin Sadıqov isə Gununsesi.info-ya açıqlamasında bu haqda deyib:

“Mən də bu xəbəri oxuyandan sonra Rasim Məmmədovun ailəsi ilə əlaqə saxladım. Ancaq onlar bu iddianı birmənalı olaraq təkzib etdi.  “İadə” ifadəsində heç bir puldan söhbət getmir. Ailə bu xəbərə görə ciddi narahat olub. Orada Rasim Məmmədovun günahsızlığını özündə əks etdirən konkret sənədlərdən söhbət gedir. Əvəz bəy həmin sənədləri qaytarmasını nəzərdə tutub”.

Əvəz Zeynallı "Qafqazinfo"ya açıqlamasında bildirib ki, sabah bu barədə özü geniş açıqlama verəcək.

DİGƏR XƏBƏRLƏR

Top