Paytaxtın Nəsimi rayonunda inşa edilən qanunsuz tikilinin sökülməsi üçün aiddiyyəti qurumlar hərəkətə keçdi. Qanunsuz tikilən binada söküntü işlərinə başlanılıb.
Yeniavaz.com "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, fərdi ev deyib bina tikdilər. Lakin gördüyü işlər yarımçıq qaldı. Qanunsuz tikilən binada söküntü işləri başlanıb.
Fövqaladə Hallar Nazirliyi, Rayon İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri sözügedən ünvanda olublar. Bu zaman məlum olub ki, şəhərsalma və tikinti məcəlləsinin tələbləri kobud şəkildə pozulub.
Qeyd edək ki şəhərsalma və tikinti məcəlləsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində inşa edillən fərdi yaşayış evinin mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 m-dən və aşırımlarının uzunluğu 6 metrdən çox olmamalıdır.