“İndi xəbərlərdən məlum olur ki, Azərbaycanda siyasi Partiyalar haqqında Qanun layihəsi hazırlayıblar. Layihənin təqdimatına dair xəbərin ilk cümləsini oxuyandan sonra davamını oxumağa ehtiyac qalmır.”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri media eksperti və hüquq müdafiəçisi Ələsgər Məmmədli feysbukda yazıb.
“Layihədə yazıblar ki, siyasi partiya təsisçisi olmaq üçün sıravi təsisçilər azı son 20 ili Azərbaycanda daimi yaşayan şəxslər olmalıdır. Bu layihəni yazanların məntiqinə mat qalmamaq mümkün deyil. Azərbaycan Konstitusiyasının 100-cü maddəsi bu ölkəni bütünlüklə əmanət etdiyimiz prezidentin cəmi 10 il Azərbaycanda daimi yaşamasını tələb edir. Amma bir partiyanın 200 təsisçisinin hər birindən 20 il! Bu layihənin davamını heç oxumağa ehtiyac var?”, - deyə o bildirib.
Qeyd edək ki, bu gün ölkədə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi təqdim edilib.