Rüstəm Nəcəfov 4 ildən sonra yenidən “Şahdağ”ın direktoru oldu


Azərbaycanın ən məşhur istirahət mərkəzlərindən biri olan “Şahdağ Turizm Mərkəzi”nə yeni direktor təyin olunub.
Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Rüstəm Azər oğlu Nəcəfov “Şahdağ Turizm Mərkəzi”nin direktoru olub.
Məlumat üçün bildirək ki, Rüstəm Nəcəfov daha əvvəl də turizm mərkəzinin direktoru olub. 2018-ci ildə onun yerinə Almaniya vətəndaşı Rodderix Mark Leffler təyin edilib. Rodderix Mark Leffler bu vəzifədə 3 il işlədikdən sonra 2021-ci ildə Səid Salayevlə əvəz olunub.
Qeyd edək ki, mərkəzin inşasına 2009-cu ilin sentyabrında başlanılıb. “Şahdağ Turizm Mərkəzi” 2012-ci ildə istifadəyə verilib.
“Şahdağ Turizm Mərkəzi” Mədəniyyət və Turizm Nazirliyinin  tabeçiliyində olan Qapalı Səhimdar Cəmiyyət (QSC) kimi 25.12.2015-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 546 milyon 775 min 725 manat 5 qəpik təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top