"Vətənim adına ilkə imza atdığım üçün çox şadam" - Fotolar



"Vətənim adına ilkə imza ataraq, Avropa çempionatının gümüş medalını qazandığım üçün çox şadam".
Yeniavaz.com
xəbər verir ki, bunu Çexiyanın paytaxtı Praqadakı Avropa çempionatında gümüş medal qazanan Azərbaycanın qadın şahmatçısı Günay Məmmədzadə özünün feysbuk səhifəsində yazıb.
"Bu günlərdə hər birinizin dəstəyini hiss edirdim. Hər birinizə təşəkkür edirəm. Yola davam!", - deyə o paylaşımında bildirib.


Qeyd edək ki, Azərbaycanın digər şahmatçısı Ülviyyə Fətəliyeva Avropa çempionatında bürünc medala sahib olub.

DİGƏR XƏBƏRLƏR

Top