Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqına (Aİ) çağırış edib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Zelenski Aİ-ni Rusiyanın bütün dövlət televiziya kanallarını və təbliğatını qadağan etməyə çağırıb.
“Rusiyanın heç bir dövlət televiziyasının Aİ ərazisində fəaliyyət göstərməsinə icazə verilməməlidir”, - deyə Ukrayna lideri vurğulayıb.