Rusiya məktəblərində yeni tədris ilindən etibarən mobil telefonlardan istifadə qadağan edilib.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın maarif naziri Sergey Kravtsov bildirib.
Onun sözlərinə görə, bu qadağa şagirdlərin dərsdən yayınmaması, eləcə də sağlamlıqlarının mühafizəsi ilə bağlıdır. Nazir həmçinin qeyd edib ki, valideynlər övladları ilə tənəffüs vaxtı əlaqə saxlaya bilərlər.