Böyük Britaniyanın yeni səfiri Ferqus Ould Azərbaycana gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə səfirin özü məlumat yayıb.
"Salam Bakı! Böyük Britaniyanın Azərbaycandakı səfiri olaraq yeni vəzifəmin icrasına başlamağı səbirsizliklə gözləyirəm", - deyə o tvitterdəki postunda bildirib.
F. Ould, həmçinin Heydər Əliyev adına Beynəlxalq Hava Limanının qarşısında çəkdiyi fotonu paylaşıb.
Salam Bakı! Böyük Britaniyanın Azərbaycandakı səfiri olaraq yeni vəzifəmin icrasına başlamağı səbirsizliklə gözləyirəm 🇬🇧🇦🇿 pic.twitter.com/Wl0ehgJf70
— FergusAuldFCDO (@FergusAuldFCDO) August 31, 2022