Ağdam və Kəlbəcərdə aşkarlanan sümük qalıqları ekspertizaya gətirildi - Rəsmi


"Keçən həftə bir qutu sümük qalıqları Ağdamın Şıxbabalı, 2 qutu sümük qalıqları Kəlbəcərin Zallar, bir qutu sümük qalıqları isə Kəlbəcərin Çıraq kəndindən gətirilib ".
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, bunu bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq İtkinlər Gününə həsr edilmiş “İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma” mövzusunda konfransda Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya birliyinin direktoru Ədalət Həsənov bildirib.
Ədalət Həsənov deyib ki, həmin sümük qalıqlarının protokollaşdırılıb və məhkəmə-tibbi müayinəsi bu həftə həyata keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top