Ölkənin aparıcı restoranlar şəbəkəsindən biri olan “Özsüt”ün dövlət büdəsinə böyük həcmdə vergi borcu yaranıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, “Özsüt” restoranlarının bağlı olduğu “Özsüt Azerbaijan” MMC-nin (VÖEN – 1005309101) dövlət büdcəsinə 201 min 460 manat 9 qəpik borcu var.
"Özsüt Azerbaijan” MMC rəsmi dövlət qeydiyyatına 26.04.2018-ci ildə alınıb. MMC-nin qanuni təmsilçisi Əzməmmədov Renat Tofiq oğludur. Hazırda paytaxt Bakıda “Özsüt”ün 5 şöbəsi fəaliyyət göstərir.
Onu da qeyd edək ki, bu xəbər yayımlandıqdan sonra “Özsüt Azerbaijan” MMC məsələyə münasibət bildirib. Şirkətdən yeniavaz.com-a verilən açıqlamada qeyd olunur ki, restoranlar şəbəkəsinin vergi borcu Vergilər Xidmətinin reyester məlumatlarında göstərilən rəqəmdən bir-neçə dəfə az (37 min 614 manat 14 qəpik) olub. “Özsüt Azerbaijan” MMC qeyd olunan vergi borcunun tam şəkildə ödənildiyini bildirir.
Məlumat üçün bildirək ki, son bir gün ərzində Vergilər Xidmətinin reyester məlumatlarında “Özsüt Azerbaijan” MMC-nin vergi borcunda azalma olduğu göstərilib. 30.08.2022-ci il tarixində 201 min 460 manat 9 qəpik borc göstərildiyi halda, 31.08.2022-ci il tarixində vergi borcunun 152 min 6 manat 18 qəpiyə düşdüyü qeyd olunub.
u
A. Cəfərov