Türkiyənin məşhur müğənnisi Gülşən Çolakoğlu həbs edilib.
Yeniavaz.com Türkiyə mediasına istinadla xəbər verir ki, müğənni prokurorluğa verdiyi ifadədən sonra İstanbul Sülh Cəza Hakimliyinə köçürülüb.
Gülşən Çolakoğlu orada sorğu-sual edildikdən sonra həbs olunaraq Bakırköy qadın həbsxanasına göndərilib.
Məlumat üçün bildirək ki, Gülşən haqqında İmam Hatip tərəfdarlarını hədəf alan sözlərindən sonra həbs qərarı verilib.