Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının nümayəndələrinin avqustun sonunda Moskvada görüşəcəyi barədə xəbər vermişdik.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, görüşün dəqiq tarixi açıqlanıb.
Ermənistan Baş nazirinin müavininin ofisinin yaydığı məlumata görə, Baş nazirlərin köməkçiləri Şahin Mustafayev və Mher Qriqoryan avqustun 30-da Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası və təhlükəsizliyi məsələsi ilə bağlı görüşəcəklər.