"Xarıbülbül" festivalında qonaqların otel və yemək xərci 380 min tutub


Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 12-14 may tarixlərində Şuşa şəhərində keçirilən "Xarıbülbül" festivalında qonaqların mehmanxanada yerləşdirilməsi və qidalanması xərcləri üçün 378 min 662 manat xərclənib.
Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Mədəniyyət Nazirliyi bu vəsaiti “Shusha Hospitality Group" MMC-yə (VÖEN – 2007114281) ayırıb.
Məlumat üçün bildirək ki, “Shusha Hospitality Group" MMC 9 ay əvvəl – 02.12.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Abbasov Nurlan Tofiq oğludur. Şirkətin hüquqi ünvanı Xətai rayonu, Xəqani Rüstəmov, ev 8, m. 115-də yerləşir.
Bundan başqa "Xarıbülbül" festivalının təşkili üçün zəruri olan səhnə və səs avadanlıqlarının icarəsi üçün "Credo Event Group Technical Services" MMC-yə 545 min 106 manat 90 qəpik ödənilib.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top