“Güman edirəm ki, bizim insanlar Azərbaycan mədəniyyəti üçün darıxıblar”


Bir faktı xüsusi qeyd etmək istərdim ki, Sizin güclü, nüfuzlu rəhbərliyinizlə Azərbaycan sosial-iqtisadi inkişafda çox böyük nəticələr qazanır.

Yeniavaz.com xəbər verir ki, bunu avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüş zamanı Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev bildirib.

Qazaxıstan Prezidenti ölkəsində Azərbaycan mədəniyyəti ongünlüyü keçirə biləcəklərini əlavə edib.

“Bu məsələdə də Sizinlə razıyam ki, humanitar əməkdaşlıq vacibdir. Burada çox böyük imkanlar var. Fikrimcə, gələn il ölkələrimizin hökumətləri arasında razılaşma əsasında, əvvəllər deyildiyi kimi, Qazaxıstanda Azərbaycan mədəniyyəti ongünlüyü keçirə bilərik. Sizin mədəniyyətə böyük maraq qalmaqdadır. Güman edirəm ki, bizim insanlar Azərbaycan mədəniyyəti üçün darıxıblar və biz Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələrini öz ölkəmizdə böyük məmnuniyyətlə qəbul edə bilərik”.

Kasım-Jomart Tokayev Azərbaycanın iqtisadi göstəricilərinin yüksək səviyyədə olduğunu söyləyib.

“Bir faktı xüsusi qeyd etmək istərdim ki, Sizin güclü, nüfuzlu rəhbərliyinizlə Azərbaycan sosial-iqtisadi inkişafda çox böyük nəticələr qazanır. Mən statistikanı diqqətlə nəzərdən keçirdim, bu, güclü təsir bağışlayır. İqtisadiyyat inamla artır. Mən belə başa düşdüm ki, cari ilin birinci rübündə ümumi daxili məhsul təqribən 7,5 faiz artaraq 23,5 milyard dollara çatıb. Yəni, Azərbaycanın iqtisadi inkişaf perspektivləri çox yaxşıdır. Əlbəttə, burada Azərbaycan xalqının ümummilli lideri kimi Sizin tarixi xidmətiniz var”.

DİGƏR XƏBƏRLƏR

Top