“Belə müəllimin şagird qarşısına çıxması günahdır” - Emin Əmrullayev


"İbtidai sözünü "p" ilə yazan müəllimin şagird qarşısına çıxması günahdır".
Yeniavaz.com
xəbər verir ki, bunu media üçün keçirdiyi brifinqdə təhsil və elm naziri Emin Əmrullayev deyib.
"Müəllimlər 5 ildə 2 saat imtahan verir və imtahanın nəticəsinə uyğun olaraq biz onların maaşını 10 və ya 35 faiz artırırq. Hesab edirəm ki, bu, yüklənmə və ya ədalətsizlik deyil. Əksər müəllimlərin burada heç bir problemi olmayacaq. Problem o müəllimlərdə olacaq ki, həmin şəxslər müəllim sözünü “məllim”, qrup sözünü “qurup” kimi yazır", - nazir bildirib.

DİGƏR XƏBƏRLƏR

Top