“Hazırda həftədə 6 saata qədər dərs deyən müəllimlərin sayı 4439 nəfərdir. Bu müəllimlərin orta maaşı 150 manatdır”.
Yeniavaz.com xəbər verir ki, bunu media üçün keçirdiyi brifinqdə təhsil və elm naziri Emin Əmrullayev deyib.
“Bir adam əgər həftədə 6 saat işləyirsə, onun əməkhaqqısının 150 manat olmasında da təəccüblü bir şey yoxdur. Çünki həmin adam çox az işləyir.”, - nazir bildirib.