Bu gün “Qarabağ” klubu Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa çıxacaq.
Yeniavaz.com xəbər verir ki, Ağdam klubu Çexiyada yerli “Viktoriya” (Plzen) klubunun qonağı olacaq.
Plzen şəhərindəki “Dusan Arena”da oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
İki əsas mərkəz müdafiəçisi - komandanın kapitanı Maksim Medvedev və kolumbiyalı Kevin Medina zədə səbəbindən bu matçda iştirak edə bilməyəcək.
Məlumat üçün bildirək ki, duelin Bakıda keçirilən ilk matçında qolsuz heç-heçə qeydə alınıb.
Qeyd edək ki, bu cütün qalibi birbaşa Çempionlar Liqasının, məğlubu isə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq.
Xatırladaq ki, “Qarabağ” daha əvvəl 2017-2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparıb.