"Azərbaycanda QİÇS-ə yoluxma səviyyəsi sabitdir"


“İİV/QİÇS xəstəliyinə yoluxmaların sayı ümumilikdə artmayıb, hazırda yoluxma səviyyəsi sabitdir. İİV-ə yoluxma, adətən, narkotik istifadəçiləri arasında daha çox yayılıb. Bu xəstəliyə həmçinin hər yaş qrupunda rast gəlinir”.

Bunları Yeniavaz.com-a Mingəçevir Regional İİV Laboratoriyasının müdiri Yeganə Aslanova son illərdə Azərbaycanda cinsi yolla İİV/QİÇS xəstələyinə yoluxanların sayının artması ilə bağlı danışarkən deyib.
“ÜST-ün məlumatına görə, Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı ölkələr sırasındadır. Cinsi yolla yoxulanların sayının artma səbəbi əsasən qoruyucu vasitələrdən istifadə etməməkdir” - həkim qeyd edib.
Yeganə həkim bildirib ki, Mingeçevir Regional İİV laboratoriyasında könüllü müayinə və məsləhət kabinetinə müraciət edən hər bir vətəndaş anonim şəkildə testdən keçib İİV statusunu öyrənə bilər, eyni zamanda yetərli maarifləndirici məlumat ala bilər.
Həkim qeyd edib ki, 2011-ci ildən Səhiyyə Nazirliyinin əmrinə əsasən, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin bölgələrdə yaradılan 10 Regional labiratoriyasindan biri də Mingəçevir Regional Laboratoriyasıdır. Laboratoriya Mingecevir şəhər Heyder Əıiyev 30 ünvanında yerləşir.
Həkim bildirib ki, son vaxtlar maarifləndirmə işlərinin nəticəsi olaraq laboratoriyaya könüllü müraciət edən insanların sayı artır. Bu da zamanında aşkarlanmaya səbəb olur:
“Zamanında aşkarlanan İİV pozitiv şəxslərə ARV terapiya Respublika QİÇS-lə mübarizə mərkəzi tərəfindən təyin olunur və müalicəyə cəlb olunur. Müayinə və müalicə dövlət tərəfindən təmin oıunur”.
Həkim onu da deyib ki, insan gənc yaşında bu virusa yoluxsa belə, xəstəlik ləng gedişli olduğundan 8-10 il təsirsiz insan orqanizmində ola bilər. O bildirib ki, yoluxma 3 yolla keçə bilir:
“Xəstə anadan uşağa (hamiləlik vaxtı), qan vasitəsi ilə və cinsi yolla keçə bilər. Əgər hamiləliyin erkən dövründə xəstəlik aşkarlansa, ARV terapiya ilə xəstə anadan sağlam uşaq dünyaya gətirmək mümkündür. Yoxlanılmamış donor qanının köçürülməsi, qanla təmasda olan sterilizə olunmamış tibbi alətlər vasitəsi ilə, infeksiya istifadəçiləri, bir də təsadüfi qorunmamış cinsi əlaqələr riskdir. İstənilən cinsi partnyorda bu xəstəlik ola bilər, deyə düşünülməlidir. Çünki bu virus elə bir virusdur ki, elə insan var virusun 8-10 ilə qədər daşıyıcısıdır, lakin biruzə vermir. Səbəb isə immunsisteminin güclü olmasıdır və getdikcə immun sistemi zəifləyir. Artıq virus insanın immunçatışmazlığı virusu müxtəlif infeksiyalardan və bədxassəli şişlərdən qoruyan immun sisteminə təsir göstərir və virus sonradan Qazanılmış İmmunçatışmazlığı Sindromuna çevrilərək ölümcül infeksiyalar və ya onkoloji xəstəliklərə səbəb olur.




Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top