“Paşa Holdinq”in törəmə şirkəti olan “Abşeron Hotel Qrup” MMC-yə (VÖEN-1402589811) yeni direktor təyin olunub.
Yeniavaz.com xəbər verir ki, “Abşeron Hotel Qrup” MMC-nin qanuni təmsilçisi Simon Kreiq Bimont olub.
Məlumat üçün qeyd edək ki, Simon Kreiq Bimont daha əvvəl “Abşeron Hotel Qrup” MMC-də baş əməliyyat müdiri olub. Simon Kreiq Bimont 2015-2018-ci illərdə “Paşa Holdinq”ə bağlı olan “Marriott” otelində müxtəlif vəzifələrdə işləyib.
Onu da bildirək ki, 22.08.2013-cü ildə dövlət qeydiyyatına alınan “Abşeron Hotel Qrup” MMC-nin nizamnamə kapitalı 15 milyon 850 min manat təşkil edir.
“Abşeron Hotel Qrup” hazırda Bakıda beynəlxalq otelçilik şirkətləri tərəfindən idarə olunan “Four Seasons Baku”, “JW Marriott Absheron Baku” və “The Ritz-Carlton, Baku” kimi üç lüks hotelə malikdir.
Bunlardan başqa “Abşeron Hotel Qrup”un daxilində fəaliyyət göstərən və onun birbaşa idarəçiliyi altında olan digər hotellər aşağıda qeyd olunub.
“Baku Marriott Hotel Boulevard”
“Sheraton Baku Intourist”
“Courtyard by Marriott Baku”
“Pik Palace, Shahdag”
“Park Chalet, Shahdag”
“Dinamo Hotel Baku”
“The Merchant Baku”
“Bilgah Beach Hotel”
“Allium Bodrum Resort & Spa” (Bodrum / Türkiyə)
“Boutique 19 Hotel”
“Art Gallery Hotel”
Eyni zamanda, “Abşeron Hotel Qrup”un inşaat mərhələsində olan daha iki hotel layihəsi də vardır ki, bunlardan biri Bakı-da (“The Crescent”, brend- təsdiqlənməyib), digəri isə Tbilisidə (“AC Hotel by Marriott Tbilisi”) yerləşir və növbəti 2-3 ildə açılması gözlənilir.