Zəngəzurda (Ermənistanın Sünik vilayəti - red.) avtomobil qəzası nəticəsində iki erməni hərbçi ölüb.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, hadisə avqustun 21-nə keçən gecə baş verib.
Bildirilib ki, avtomobil beton divara və ağaca çırpılıb.
Sürücü 29 yaşlı Fahrad Akopyan yerindəcə, sərnişin 37 yaşlı Suren Pirumyan isə ötən gün xəstəxanada dünyasını dəyişib.