Bakıda mağazadan 93 min manatlıq mobil telefon oğurlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.
Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 93 855 manat dəyərində 35 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.İbrahimov saxlanılıb.
Araşdırmalar davam etdirilir.