Qazax rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi tərəfindən keçirilən 2 tender müsabiqəsinin (Kotirovka sorğuları) nəticələri ləğv olunub.
Yeniavaz.com xəbər verir ki, hər 2 tender müsabiqəsinin nəticəsi “Dövlət satınalmalar haqqınada” Azərbaycan Respublikası Qanununun 6.2 maddəsinə əsasən etibarsız hesab olunub.
Məlumat üçün bildirək ki, Qazax Rayon Mərkəzi Xəstəxanasının mətbəə məhsullarının alınması məqsədilə keçirdiyi 16 min 756 manat 66 qəpik dəyərində kotirovka sorğusunun qalibi “Əfsəroğlu” MMC (VÖEN- 1307245221), yumşaq inventarın alınması məqsədilə keçirdiyi 19 min 620 manat dəyərində kotirovka sorğusunun qalibi isə “Local Supply” MMC (VÖEN- 1307583111) olub.
Onu da bildirək ki, “Əfsəroğlu” MMC 13.07.2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Səid Rüstəmov, ev 1-də yerləşir. Qanuni təmsilçisi Zahidov Fərid Əfsər oğludur.
“Local Supply” MMC isə 15.02.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 5 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Kamal Rəhimov, ev 38-də yerləşir. Qanuni təmsilçisi Hüseynov Nəsimi Əliyoldaş oğludur.
Məsələ ilə bağlı yeniavaz.com-a açıqlma verən “Əfsəroğlu” MMC-nin sahibi Əfsər Zahidov bildirdi ki, tender müsabiqəsinin ləğv olunmasında onların şirkətinin heç bir səhvi olmayıb.
A. Cəfərov