Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski və Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş ilə görüşmək üçün Ukraynaya yola düşüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Məlumatda bildirilib ki, Prezident Ərdoğanın ukraynalı həmkarı ilə görüşlərində Türkiyə-Ukrayna münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində bütün aspektləri dəyərləndiriləcək.
Səfər zamanı Ukrayna Prezidenti Zelenski və BMT-nin Baş katibi Quterreşin iştirakı ilə üçtərəfli görüşün keçirilməsi də nəzərdə tutulur.
Cumhurbaşkanı Erdoğan, Ukrayna Devlet Başkanı Zelenskiy ile görüşmek için Ukrayna’ya gidiyor. Savaşın sona ermesi için diplomasi trafiğini sürdüren Cumhurbaşkanı Erdoğan’ın Ukrayna ziyaretinin ayrıntıları @trthaber’de.https://t.co/yTPYETpLE5 pic.twitter.com/G0ZGwrVI8G
— TRT Haber Canlı (@trthabercanli) August 18, 2022