Xaricdən gətirilən buğdanın qiyməti 17 dollar ucuzlaşıb - Siyahı


Bu ilin ilk 7 ayı ərzində xaricdən Azərbaycana 429 min 806,11 ton buğda idxal olunub.
Yeniavaz.com
 açqılanan rəsmi məlumatlara istinadən bildirir ki, idxal olunan buğdanın gömrük dəyəri 154 milyon 660,17 min dollar təşkil edib.
Nəticədə ölkəyə gətirilən buğdanın 1 tonunun orta gömrük dəyəri 360 dollar olub.
İdxal olunan buğdanın ən yüksək qiyməti iyun ayında (1 ton/419,2 dollar) qeydə alınıb.
 
Tarix Ümumi miqdarı 1 ton buğdanın dəyəri
Yanvar 2022 93 704,53 ton 346,6 $
Fevral 2022 56 893,03 ton 342,4 $
Mart 2022 32 266,61 ton 323,5 $
Aprel 2022 125 178,55 ton 342,5 $
May 2022 47 582,34 ton 394,7 $
İyun 2022 45 123,65 ton 419,2 $
İyul 2022 29 057,4 ton 402,1 $

Onu da qeyd edək ki, ötən il Azərbaycana xaricdən ümumi dəyəri 331 milyon 946 min dollar olan 1 milyon 148 min 101 ton buğda idxal edilib (1 ton/289 dollar).
Xatıraldaq ki, Azərbaycan buğdaya olan ehtiyacını daxili istehsal hesabına təmin edə bilmir. Azərbaycanda ərzaq məhsullarının istehsalı hər il təxminən 2,5 milyon ton buğdya ehtiyac olur. Bundan başqa toxum, mal-qara və quş yeni üçün də il ərzində 500-600 min ton buğdadan istifadə edilir. Azərbaycanda yerli istehsal isə təxminən 2 milyon tona yaxındır.

A. Cəfərov
 

DİGƏR XƏBƏRLƏR

Top