"1 dollar 94 qəpik olmalıdır" - "The Economist"


Manatın dollar qarşısındakı real dəyəri hazırkı mübadilə məzənnəsindən daha yüksəkdir. 
Yeniavaz.com
-un məşhur "Biq Mak" indeksinə əsasən apardığı hesablama göstərir ki, dolların real məzənnəsi 94 qəpik səviyyəsində olmalıdır.
Qeyd edək ki, "Biq Maq" indeksi Böyük Britaniyanın "The Economist" jurnalı tərəfindən 1986-cı ildən tərtib edilir. İndeks ABŞ-ın "McDonalds" şirkətinin dünyanın müxtəlif ölkələrində yerləşən restoranlar şəbəkəsində satılan məşhur "Biq Mak" adlı hamburgerinin qiyməti əsasında hazırlanır.
"The Economist" jurnalının rəhbərliyi bu qənaətdədir ki, bütün dünyada hamburgerin istehsalına çəkilən xərclər bir-birindən fərqlənmir və buna görə də "Biq Mak"ın köməkliyi ilə alıcılıq qabiliyyətli pariteti əsasında valyutanın dəyərini öyrənmək olar. Bunun üçün müqayisə bazası kimi ABŞ-da satılan "Biq Mak"ın qiyməti götürülür. Əgər hər hansı ölkədə "Biq Mak"ın qiyməti bu həddən yüksəkdirsə, deməli, həmin ölkənin valyutasının dəyəri süni şəkildə şişirdilib. Yəni bu ölkənin valyutasının məzənnəsi əslində aşağı olmalıdır. Əgər ölkədəki "Biq Mak" ABŞ-dakı qiymətdən ucuzdursa, həmin ölkənin valyutasının məzənnəsi real dəyərindən aşağıdır və bu ölkədə dollar ucuzlaşdırılmalıdır.
Məlumat üçün bildirək ki, Azərbaycanda fəaliyyət göstərən "McDonalds" restoranlarında satılan "Biq Mak" hamburgerinin qiyməti mövcud məzənnə ilə hesabladığımız zaman 2,77 dollara bərabər olur.
"The Economist" jurnalının açıqladığı sonuncu "Biq Mak" indeksinə görə ABŞ-da hamburgerin qiyməti 5,15 dollardır. Buradan belə görünür ki, Azərbaycanda hamburger ABŞ-la müqayisədə 1,8 dəfə ucuzdur. Bu həm də o deməkdir ki, dolların manat qarşısındakı mövcud məzənnəsi (1,7AZN/$) 1,8 dəfə "şişirdilib". "Biq Mak" indeksinə əsasən hesablama aparsaq o zaman, dolların real məzənnəsi 94 qəpik olmalıdır.

DİGƏR XƏBƏRLƏR

Top