İngiltərənin “Mançester Yunayted” futbol klubunu alacağını bildirən İlon Mask bunun bir zarafat olduğunu açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə tvitter hesabında yazıb.
“Xeyr, bu tvitterdə uzun müddətdir davam edən zarafatdır. Mən heç bir idman komandasını almıram”, - Mask bildirib.
No, this is a long-running joke on Twitter. I’m not buying any sports teams.
— Elon Musk (@elonmusk) August 17, 2022
***08:54
“Space X” və "Tesla" şirkətlərinin təsisçisi və rəhbəri İlon Mask İngiltərənin “Mançester Yunayted” futbol klubunu alacağını bildirib.
Yeniavaz.com xəbər verir ki, Mask bu barədə tvitterdə yazıb.
"Aydın olması üçün, mən Respublikaçılar Partiyasının sol yarısını və Demokratlar Partiyanın sağ yarısını dəstəkləyirəm. Həmçinin, "Mançester Yunayted"i satın alıram, buyurun", - deyə o, ardıcıl yazdığı iki tvitdə bildirib.
Xatırladaq ki, İ. Mask daha əvvəl də “Twitter”i almaq istəmiş, lakin daha sonra bu fikrindən daşınmışdı.
Qeyd edək ki, 1878-ci ildə qurulan “Mançester Yunayted” İngiltərənin ən uğurlu klublarından hesab olunur. “Forbes” nəşri klubun dəyərinin 4,6 milyard ABŞ dolları olduğunu açıqlayıb.