Firəngiz Rəhimbəyli vəfat etdi


Müğənni Firəngiz Rəhimbəyli vəfat edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə APA-ya rejissor Namiq Şirəlibəyov məlumat verib.

Onun sözlərinə görə, aktrisa ürək tutmasından vəfat edib.

Firəngiz Rəhimbəyli 1960-cı ildə Ağdamın Şişpapaqlı kəndində anadan olub.

1980-ci illər Azərbaycan estradasının əsas simalarından biri olub. Rafiq Babayev, Eldar Mansurov, Oqtay Kazımov kimi görkəmli bəstəkarla onlarla iş birliyi olub.

Bir sıra filmlərdə rol alan Firəngiz Rəhimbəyli daha çox "Bəxt üzüyü" filmindəki Seda rolu ilə məşhurluq qazanıb.

1999-u ildə amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurduqdan sonra Los-Anceles şəhərinə köçüb və orada yaşayıb.

Allah rəhmət eləsin!

DİGƏR XƏBƏRLƏR

Top