Gəncə şəhərinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə "Azərsu" məlumat yayıb.
Bildirilib ki, buna səbəb magistral su kəmərində qəza baş verməsidir.
Qeyd edilib ki, hazırda “Azərsu” ASC-nin briqadası və texnikası qəza yerində işləyir. Qəza aradan qaldırıldıqdan sonra suyun verilişi bərpa olunacaq.