Rusiya MN-dən Krımdakı partlayışla bağlı - Açıqlama


Avqustun 16-da səhər saatlarında təxribat nəticəsində Cankoy kəndi yaxınlığındakı hərbi anbarda yanğın olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilib.
Bildirilib ki, nəticədə mülki obyektlərə, o cümlədən elektrik xətlərinə, elektrik stansiyalarına, dəmir yollarına, yaşayış binalarına ziyan dəyib:
“Ciddi tələfat yoxdur. Təxribatın nəticələrinin aradan qaldırılması üçün lazımi tədbirlər görülür”.
Qeyd edək ki, bu gün səhər ilhaq olunmuş Krımın Cankoy rayonunun Qalay kəndində Rusiyaya məxsus hərbi hissədə partlayış baş verib. Nəticədə sursat anbarında yanğın başlayıb. İki nəfər xəsarət alıb.

DİGƏR XƏBƏRLƏR

Top