Böyük Britaniyadan Azərbaycan səfirliyinə hücumla bağlı açıqlama


Böyük Britaniya hökuməti Azərbaycanın Londondakı səfirliyində baş vermiş insidentdən təəssüfləndiyini bildirib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər nazirinin müavini Qrem Stüartın Azərbaycan səfiri Elin Süleymanov ilə görüşündən sonra yaydığı bəyanatda deyilir.

“Böyük Britaniya hökuməti bütün diplomatik nümayəndəliklərin təhlükəsizliyinə sadiqliyinin vacibliyini vurğuladım və baş vermiş hadisə ilə bağlı dərin təəssüf hissi keçirdiyimi bildirdim. Böyük Britaniya azadlıq hüququnu dəstəkləmək ənənəsini uzun müddətdir davam etdirir”,- deyə Stüart bildirib.

Xatırladaq ki, avqustun 4-də bir qrup dini radikal Londonun mərkəzində yerləşən Azərbaycan səfirliyinin binasına hücum edib.

Hücum edənlər diplomatik nümayəndəliyin eyvanından dini bayraqasıb və dini şüarlar səsləndiriblər. Səkkiz hücumçu yerli polis tərəfindən saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top