Qəbələnin Laza kəndinin əhalisinin ötən gün – avqustun 14-də turistləri kəndə buraxmaması ilə bağlı sosial şəbəkələrdə iddia yayılıb.
Yeniavaz.com xəbər verir ki, iddalarla bağlı yayılan görüntülərdə kəndin girişində sakinlərin toplaşdığı və polis əməkdaşlarının cəlb oluduğu görünür. Kadrları lentə alan şəxs iddia edir ki, hadisə yerinə gələn polis əməkdaşları da kəndə girişi “qadağan edən” sakinlərin haqlı olduğunu bildirib.
Sözügedən kadrları təqdim edirik:
Məsələ ilə bağlı Daxili İşlər Nazilriyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev açıqlama verib. O bildirib ki, Laza kəndində yolun darlığı avtomobillərin hərəkətində çətinliyə səbəb olub və buna görə yerli sakinlərlə gələn turistlər arasında sözlü mübahisə yaranıb:
“Əraziyə cəlb edilən polis əməkdaşları, eləcə də digər aidiyyəti qurumların əməkdaşları həmin şəxslərlə profilaktik söhbət aparıb və görülən zəruri tədbirlərlə nəqliyyatın axını bərpa edilib.
Həmin vaxt hər hansısa bir insident qeydə alınmayıb”.