"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakı-Moskva (Vnukovo aeroportu) marşrutu üzrə həyata keçiriləcək J2-807 reysi texniki səbəbdən gecikir.
Bu barədə Yeniavaz.com-a AZAL-dan bildirilib.
Məlumata görə, hazırda sərnişinlər Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal kompleksində yerləşdirilib. Onlar aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcəklər.
Qeyd edək ki, ötən gün - avqustun 14-də də AZAL-a məxsus J2 807 nömrəli Bakı-Moskva (Vnukovo aeroportu) reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən hava limanına qayıtmaq qərarına gəlmişdi.