Fransanın PSJ klubunun argentinalı hücumçusu Lionel Messi 2005-ci ildən bəri ilk dəfə “France Football” jurnalının təqdim etdiyi “Qızıl top” mükafatına namizəd olan 30 futbolçudan ibarət siyahıda yer almayıb.
Yeniavaz.com xəbər verir ki, siyahı jurnalın rəsmi saytında dərc edilib.
Məlumat üçün bildirək ki, argentinalı superulduz bu mükafatı rekord sayda, 7 dəfə qazanıb.
Qeyd edək ki, mükafatın təqdimetmə mərasimi oktyabrın 17-də Parisdə baş tutacaq.