İranda yayılmağa başlayan vəbanın Azərbaycana keçmə ehtimalı varmı? - Video


İranda vəba xəstəliyinin yayılmasına dair məlumatlar yayılıb. Xəstəliyin daha çox ölkənin qərbində müşahidə edildiyi bildirilir. Bəs bu xəstəliyin Azərbaycana keçmə ehtimalı varmı?

Yeniavaz.com "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, həkim-infeksionist Hicran Xıdırovanın sözlərinə görə, bu xəstəliyin ölkəmizə keçmə ehtimalı yüksək deyil. Vəba xəstəliyi adətən gigiyena səviyyəsi aşağı olan yerlərdə yaranır.

Vəba su ilə yayılan xəstəlik olduğu üçün infeksionist çirmərliyə gedən şəxsləri hər ehtimala qarşı diqqətli olmağa çağırdı.

İranın Azərbaycandakı Səfirliyindən isə bildirilib ki, yayılan məlumatlar doğrudur. İranda 62 nəfər vəbaya yoluxub. Lakin yoluxanlar arasında ölən olmayıb.


 

DİGƏR XƏBƏRLƏR

Top