700 bal toplayan Nigar bu ölkədə təhsilini davam etdirəcək


Bu il  IV ixtisas qrupu üzrə ən yüksək – 700 balı toplayan Nigar Ağazadə Azərbaycan universitetlərindən imtina edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb.
Bildirilir ki, Nigar burs qazanaraq Ankara Universitetinin Tibb fakültəsinə qəbul olunub.
Qeyd edək ki, Nigar Ağazadə 125 nömrəli tam orta məktəbin məzunudur. O, qəbul imtahanının I mərhələsində 300 bal, ikinci mərhələsində isə 400 bal toplayaraq maksimal nəticə göstərib.

DİGƏR XƏBƏRLƏR

Top