"Azərsu": "MTK suyu qrafiklə verir"


"Bəzi kütləvi informasiya vasitələrində Abşeron Gənclər Şəhərciyində yaşayan sakinlərin səhər və axşam 5-6 saat qrafiklə su ilə təmin olunması barədə məlumatlar yayılıb. “Azərsu” ASC olaraq bildiririk ki, şəhərciyin 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təminatında heç bir problem yoxdur".
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Azərsu" ASC-nin KİV-də Abşeron Gənclər Şəhərciyində yaşayan sakinlərin səhər və axşam 5-6 saat qrafiklə su ilə təmin olunması barədə yayılan məlumatlara münasibət bildirdiyi açıqlamasında deyilir.
"Şəhərciyin daxili su təchizatı sistemləri MTK-nın balansındadır və mənzillərə suyun verilməsi MTK-nın istismarında olan nasoslar vasitəsilə həyata keçirilir. “Abşeron Sukanal” İdarəsi və MTK rəhbərliyinin iştirakı ilə şəhərciyin su təchizatı sistemlərinə baxış keçirilib. MTK rəhbərliyi su təchizatının qrafik rejimdə aparılmasını elektrik enerjisinə qənaət və istismar tədbirləri ilə bağlı olduğunu bildirib. Nasosların sıradan çıxmasının qarşısını almaq və elektrik enerjisinə qənaət məqsədilə MTK tərəfindən su təchizatında qrafik rejim tətbiq olunur", - açıqlamada bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top