Rayonlardakı un qıtlığının səbəbi bilindi - Video


Rayonlardakı un qıtlığının səbəbi məlum olub.
Yeniavaz.com
“Xəzər Xəbər”ə istinadla xəbər verir ki, son vaxtlar unun qiymətinin bahalaşacağı haqda məlumatlar yayılıb. Şimal-qərb bölgəsində artıq bir həftədir ki, mağazalarda un tapılmır. Satıcıları unu digər rayonlarda un istehsal edən iri dəyirmanlardan tədarük edirlər. Hal hazırda isə bu dəyirmanlardan bilinməyən səbəblərdən bir həftədir ki un gəlmir. Səbəb olaraq isə Şəkidə fəaliyyət göstərən dəyirmanın işləməməsi bildirilib. Sakinlər isə unun olmamasını qiymətinin qalxacağı ilə əlaqələndirdilər.
Hətta Qax rayonunda un tapa bilməyib qonşu rayona üz tutan sakinlərlə də var.
Şimal qərb bölgəsini unla təmin edən MMC-nin Şəki bölməsindən bildirildi ki, respublikada bütün dəyirmanlarda, o cümlədən bu dəyirmanda da ildə bir dəfə profilaktiki sazlama, dezinfeksiya, tədbirləri aparılır. Bu oxşar müəsisələrdə mərhələlərlə aparılır ki, una təlabat pozulmasın. Müəssisədə bütün tədbirlər artıq başa çatıb və buğda tədarükünə başlanıb.
O da qeyd edilib ki, dəyirman bölgədə olan un tələbatını tam ödəyir. 

DİGƏR XƏBƏRLƏR

Top