Xəbər verdiyimiz kimi, ötən gün Rusiyanın ilhaq etdiyi Krımda, Saki şəhəri yaxınlığındakı hərbi aerodrom ərazisində partlayışlar baş verib, yanğın başlayıb. Novofedorovkada (Krımın Saki bölgəsində şəhər tipli qəsəbə) uçuş-enmə zolağı və sursat anbarları yanıb. Cəmi 10 nəfərin olduğu aerodrom ərazisində ilk partlayış saat 16:20 radələrində eşidilib, ilkin olaraq qonşu evlərə ziyan dəyib.
Yeniavaz.com xəbər verir ki, hadisə nəticəsində 1 nəfər dünyasını dəyişib, 2-si uşaq olmaqla 13 nəfər xəsarət alıb.
Bu barədə qondarma Krım Respublikasının səlahiyyətli nümayəndələri məlumat yayıb.
“Saki aerodromunda bir neçə sursatın partlamasına əsas səbəb kimi yalnız yanğın təhlükəsizliyi tələblərinin pozulması hesab olunur. Zərər vermək üçün sursata qəsdən təsir göstərən heç bir əlamət və sübut yoxdur”.