Ermənilər Çempionlar Liqasında təxribata əl atdı


Ötən gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Ermənistanın “Pünik” komandası ilə Serbiyanın “Srvena Zvezda” kollektivi arasında keçirilən görüşdə ermənilər növbəti dəfə təxribata əl atıb.

Yeniavaz.com xəbər verir ki, “Pünik” azarkeşləri İrəvanda baş tutan cavab oyununda “Qarabağ Ermənistandır, Kosovo Serbiyadır” yazılı pankart açıblar.
Xatırladaq ki, iyulun 20-də Çempionlar Liqasının II təsnifat mərhələsində keçirilən “Pünik” -“Düdelanj” matçı zamanı da ermənilər təxribata əl atıb. İrəvanda keçirilən qarşılaşmada tribunada açılan pankartda işğaldan azad olunmuş Qarabağ Ermənistan ərazisi kimi göstərilib.

DİGƏR XƏBƏRLƏR

Top