Bu ilin ilk yarısında Ermənistana gedən xarici turistlərin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə artaraq 588 min 731 nəfər təşkil edib.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, Ermənistana ən çox turist Rusiyadan (251 min 35 nəfər), Gürcüstandan (64 min 703 nəfər) və İrandan (48 min 122 nəfər) gedib.
Bundan başqa, bu ilin birinci yarısında ABŞ (13 min 17 nəfər), Almaniya (8 min 554 nəfər), Fransa (7 min 687 nəfər), Ukrayna (7 min 663 nəfər), Belarus (7 min 553 nəfər), Hindistan (6 min 47 nəfər), Qazaxıstan (5 min 69 nəfər), Böyük Britaniya (3 min 492 nəfər), Niderland (3 min 434 nəfər), Türkiyə (3 min 341 nəfər), Filippin (3 min 278 nəfər), BƏƏ (2 min 928 nəfər) və Belçika (2 min 316 nəfər) vətəndaşları da Ermənistana səfər edib.
Məlumatda həmçinin bildirilir ki, bu il Ermənistana 3 nəfər Azərbaycan vətəndaşı da səfər edib.
Qeyd edək ki, bu ilin fevral ayında Azərbaycan Milli Məclisinin deputatları Tahir Mirkişili və Soltan Məmmədov İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasında iştirak ediblər.