Yol polisinin Səfər Mehdiyevi saxlamasının görüntüləri yayıldı - Video


Dövlət Gömrük Komitəsinin sabiq sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin yol polisi tərəfindən saxlanılmasını əks etdirən kadrlar yayılıb.
Yeniavaz.com 
xəbər verir ki, 90-AA-978 dövlət qeydiyyat nişanlı "Mercedes Galendewagen" markalı avtomobilindən düşən sabiq DGK sədri Yol Patrul Xidmətinin əməkdaşları ilə mübahisə edib.
O, YPX əməkdaşına "Sən nə həyasız adamsan? General-polkovnik Mehdiyevdir" sözlərini deyərək saxlanıldığından etiraz edib.
Yol polisi isə cavabında nömrədən sürücünün kim olduğunun bilinmədiyini deyib.
Qeyd olunur ki, sözügedən video Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinin sədri olduğu vaxtda lentə alınıb. Kadrlardan da görüntülər lentə alınarkən qış ayları olduğunu anlamaq mümkündür.
Həmin kadrları təqdim edirik:

 

DİGƏR XƏBƏRLƏR

Top