“Sentyabrdan un və un məmulatları bahalaşacaq” - Video


Ukraynada baş verən müharibə və quraqlıq səbəbindən unun qiymətində müəyyən bahalaşmalar gözlənilir. Bunu yaxın günlərdə piştaxtalarda da hiss edəcəyik.

Yeniavaz.com xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Asif İbrahimov “Xəzər Xəbər”ə bildirib.

O qeyd edib ki, yerli istehsal tələbatı tam təmin etmədiyindən gələcək aylar üçün qiymət fərqi gözəçarpan olacaq.

Gələcək aylarda unun qiymətində müəyyən bahalaşmalar gözlənilir.

İqtisadçı ekspert Asif İbrahimov deyib ki, dünyanın 25 faiz taxıl ehtiyatını təmin edən iki ölkə arasında baş verən müharibə bu məhsulun qiymətinə ciddi təsir edir. Azərbaycan daxili tələbatını tam təmin edə bilmədiyindən taxıla olan tələbatımızı xaricdən tədarük edirik.

Ekspert bildirib ki, Ukrayna məhsulunu dənizə çıxara bilmədiyindən quru yol ilə daşımağa məcbur olur. Bu da əlavə xərclər yaradır ki, həmin xərclər də məhsulun maya dəyərinə təsir edir.

Daha ətraflı:

DİGƏR XƏBƏRLƏR

Top