Türk mühəndisləri tərəfindən hazırlanmış 300-dən çox silah modeli 80-dən çox ölkəyə ixrac edilir.
Yeniavaz.com “TRT Haber”ə istinadla xəbər verir ki, Türkiyənin yerli müdafiə sənayesi ilə bağlı qiymətləndirmələr aparan Sarsılmaz Silah Sənayesi İdarə Heyətinin sədri Lətif Aral Aliş Türkiyədə yerli imkanlarla inkişaf etdirilən və istehsal olunan silahlara bir çox ölkədən ciddi tələbat olduğunu bildirib.
“Vacib məqamlardan biri də odur ki, istehsal etdiyimiz silahlar müxtəlifdir. PUA-lar, helikopterlər, zirehli maşınlar, özüyeriyən pilotsuz döyüş texnikaları və sair bura daxildir. Ölkə olaraq 3,5 milyard dollardan çox silah ixrac edirik", - deyə o vurğulayıb.