Çin Tayvana səfərindən sonra ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və onun yaxın ailə üzvlərinə qarşı sanksiyalar tətbiq edəcək.
Yeniavaz.com xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Pelosi Çinin ciddi narahatlığına və etirazlarına baxmayaraq Tayvana səfər edib, Çinin daxili siyasətinə ciddi şəkildə müdaxilə edib, Çinin milli suverenliyinə və ərazi bütövlüyünə ciddi ziyan vurub”, - məlumatda bildirilib.
Qeyd edək ki, N. Pelosinin avqustun 2-də Tayvana səfər etməsi ABŞ və Çin arasındakı münasibətləri gərginləşdirib.