London səfirliyindəki dövlət bayrağımız bərpa edildi - Video


Radikal dini qruplaşmanın üzvləri tərəfindən hücum zamanı çıxarılan Azərbaycanın London səfirliyindəki dövlət bayrağımız yenidən bərpa edilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.
Xatırladaq ki, avqustun 4-də Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi radikal dini qruplaşmanın hücumuna məruz qalıb. Radikallar bu zaman səfirliyin eyvanında dini bayraqlar qaldıraraq, Azərbaycan bayrağını endiriblər.
Daha sonra “Mehdinin xidmətçiləri ittifaqı” (“The Mahdi Servants Union”) dini qrupu hadisəni törətdiyini elan edib. Britaniya polisi artıq keçirdiyi əməliyyatla dəstə üzvlərindən səkkizini saxlayıb.

 

DİGƏR XƏBƏRLƏR

Top