"Neftçi"nin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyunu baş tutub.
Yeniavaz.com xəbər verir ki, Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda Bakıda Avstriyanın "Rapid" (Vyana) klubunu qəbul edib. "Bakcell Arena"da oynanılan görüşü "ağ-qaralar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Laurentsiu Regekampfın baş məşqçi olduğu komandadan qolları 44-cü dəqiqədə Ataa Caber və 60-cı dəqiqədə Kenni Sayef vurublar. Qonaqlardan isə görüşün əsas vaxtına əlavə olunmuş 5-ci dəqiqədə Qvido Burqştaller fərqlənib.
Komandalar arasında cavab görüşü avqustun 11-də Vyanada keçiriləcək.