Azərbaycanın Londondakı səfirliyinə hücumla bağlı saxlanılanlar var - Video + Yenilənib

Azərbaycanın Londondakı səfirliyinə hücumla bağlı 8 nəfər saxlanılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə London polisi məlumat yayıb.

Hadisə zamanı xəsarət alan olmayıb, faktla bağlı araşdırma davam etdirilir.
Verilən məlumatlara görə, hücum edənlər "The Mahdi Servants Union" adlı radikal dini qruplaşmanın üzvləridir.


***22:28
4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.

XİN-dən Yeniavaz.com-a verilən məlumata görə, səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb. Hadisə yerli hüquq mühafizə qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat təqdim ediləcək.
Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlıq tərəfimizdən diplomatik kanallar vasitəsilə Böyük Britaniya qurumlarının diqqətinə çatdırılıb.

DİGƏR XƏBƏRLƏR

Top