Baş Prokurorluqdan paylaşımına görə Rüstəm İsmayılbəyliyə xəbərdarlıq – Foto


Baş Prokurorluq feysbukda yazdığı statusa görə ictimai fəal Rüstəm İsmayılbəyliyə xəbərdarlıq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə onun özü bildirib:
“Dünənki bir yazımda "Xalqın azadlığı təhlükə altında qalmadığı müddətcə müharibə başlatmaq cinayətdir", - deyə Atatürkün çıxışına istinadla cümlə yazmışdım.
Həmin cümləni prokurorluq milli təhlükəsizliyə təhdid ola biləcək cümlə sayıb.
İzah elədim ki, bu Atatürkün sözüdür və ən əsası, yazıda müharibə başlatmağın cinayət olduğu deyilir və Azərbaycan özünü müharibə başladan tərəf hesab etmir. Postda da xüsusi olaraq hansı tərəfin müharibə başlatmasını qeyd etməmişdim.
Xülasə, Prokurorluq haqqında Qanunun 22-ci maddəsinə əsasən, rəsmi xəbərdarlıq edildi”.
Qeyd edək ki, ötən gün R. İsmayılbəyli paylaşımına görə Baş Prokurorluğa dəvət edildiyini bildirmişdi.
Sözügedən paylaşımı təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top